çərşənbə axşamı, 29 aprel 2025

DÜNYA FUTBOLU

Dembele Avro-2020-ni buraxacaq

11.02.2020 22:57 Oxundu 445

Bu gün Finlandiyada əməliyyat olunan “Barselona”nın futbolçusu Usman Dembelenin bərpa müddəti açıqlanıb.
Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı hücumçu 6 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu isə o deməkdir ki, mövsümü erkən başa vuran 22 yaşlı forvard Avro-2020-də Fransa millisinieyətində çıxış edə bilməyəcək.

Qeyd edək ki, Dembele uzun müddətdir əzələ yırtığından əziyyət çəkir. O, bu mövsüm La Liqada 5, Çempionlar Liqasında isə 4 oyun keçirib və 1 qol vurub.