çərşənbə axşamı, 29 aprel 2025

DÜNYA FUTBOLU

“Yuventus” Sarri ilə bağlı qərar verdi

11.02.2020 23:49 Oxundu 449


“Yuventus” rəhbərliyi son uğursuzluqlara görə istefası gündəmə gələn baş məşqçi Mauritsio Sarri ilə görüş keçirib.
Cempion.az xəbər verir ki, Italiya təmsilçisinin prezidenti Andrea Anyelli 61 yaşlı baş məşqçi ilə yanaşı, klubun idman direktoru Fabio Paratiçini də qəbul edib.
Tərəflər komandanın qeyri-sabit çıxışını, baş məşqçinin hesabatını müzakirə ediblər. İtaliyalı mütəxəssisin istefası gözlənilsə də, klub rəhbərliyi ona dəstək nümayiş etdirməyə qərar verib. Belə ki, Sarri azı mövsümün sonuna kimi fəaliyyətini davam etdirəcək. Lakin Anyelli ondan iştirak etdikləri bütün turnirlərdə maksimum nəticə tələb edib.

Qeyd edək ki, “Yuventus” A Seriyasındakı son üç matçından ikisində uduzub. Turin təmsilçisi hazırda “İnter”lə bərabər 54 xalla zirvəni bölüşür.