12.02.2020 12:00
451

“Kəpəz” heyətinə daha bir futbolçu qatıb.
Cempion.az xəbər verir ki, Gəncə klubu 22 yaşlı yarımmüdafiəçi Baxşəli Baxşəliyev ilə güclənib.
Onunla mövsümün sonuna kimi müqavilə bağlanıb.
Maraq üçün qeyd edək ki, mövsümün ilk yarısını "Sumqayıt-2"də keçirən Baxşəlinin son günlərə kimi “Dauqavpils“lə anlaşacağı gözlənilirdi. Lakin Latviya klubu sumqayıtlı gənci bəyənməyərək, transferdən imtina edib. Bir ara "Sumayıt"da gələcəyinə böyük ümidlə baxılan Baxşəliyev "Kəpəz"də ayda 500 manat alacaq.