12.02.2020 14:00
569

Veteran futbolçu Əfqan Talıbovun Nazim Sülemanovun rəhbərlik etdiyi AFFA Həmkarlar İttifaqından gözlənilmədən çıxması haqda məlumat vermişdik.
Cempion.az xəbər verir ki, Süleymanovdan ayrılan məşqçinin bu əməli AFFA tərəfindən mükafatsız qalmayıb.
Belə ki, Talıbov federasiya tərəfindən "Turan Tovuz"un müşahidə şurasına üzv göndərilib. Xatırladaq ki, Tovuz klubunun Müşahidə Şurasının sədri Oqtay Abdullayevdir. Abdllayev isə aylardır Süleymanova qarşı mübarizə aparır.
Bir maraqlı məqamı da qeyd edək ki, Abdullayevlə Talıbov uzun illərdir ki, küsülüdür. Hətta Abdullayev Talıbovu "Neftçi"nin bazasına da buraxmır. (sportinfo.az)