çərşənbə axşamı, 29 aprel 2025

DÜNYA FUTBOLU

Qızına görə karyerasını bitirdi

12.02.2020 13:52 Oxundu 393

“Roma”nın canlı əfsanəsi Daniele De Rossi futbolçu karyerasını başa vurmasının səbəbini açıqlayıb.

Cempion.az xəbər verir ki, italyan yarımmüdafiəçi yerli mətbuata müsahibəsində qızına görə bu qərarı verdiyini deyib:

“Karyeramı başa vurmağımın yeganə səbəbi qızım Qayyadır. O, Romada qalmışdı, məndən çox uzaqda idi. Cəmi 14 yaşı var, onun atası yanında olmalıdır. İndi onun yanındayam”.

18 il - 2001-2019-cu illərdə “Roma”nın şərəfini qorumuş Daniele 616 oyuna 63 qol vurub. Ötən ilin iyul ayında Argentinanın “Boka Xuniors” klubu ilə müqavilə bağlayan futbolçu, zədə səbəbindən cəmi 6 oyuna çıxıb və 1 qol vurub. O, bu ilin yanvar ayında - 36 yaşında karyerasını bitirib.