çərşənbə axşamı, 29 aprel 2025

DÜNYA FUTBOLU

"Bakı"nın sabiq baş məşqçisinin yeni klubu

12.02.2020 14:30 Oxundu 405

Türkiyənin “Konyaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Cempion.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Superliqa təmsilçisini Bülent Korkmaz çalışdıracaq.  51 yaşlı mütəxəssislə 1,5 illik razılıq əldə olunub.

Bülent Korkmaz bu vəzifədə bir neçə gün əvvəl istefaya göndərilən Aykut Kocamanı əvəz edib.

Qeyd edək ki, son olaraq “Antalyaspor”u çalışdırmış Korkmaz, “Qalatasaray”, “Mersin İdmanyurdu”, “Kayseri Erciyesspor”, “İstanbul BB”, “Karabükspor” klublarında da işləyib. O, 2009/10 mövsümündə “Bakı”nın baş məşqçisi olub.