çərşənbə axşamı, 29 aprel 2025

BİZİM FUTBOL

"Qarabağ"ın sabiq qapıçısı özünə yeni klub tapdı

12.02.2020 15:23 Oxundu 405


“Qarabağ”ın sabiq qapıçısı Anton Kanibolotskinin yeni klubu müəyyənləşib.

Cempion.az xəbər verir ki, ukraynalı qolkiper ölkəsinin "Karpatı" klubuna transfer olunub.

Bu barədə Premyer Liqa təmsilçisinin saytı məlumat yayıb. 31 yaşlı qapıçı ilə bu mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, A.Kanibolotski 2017/18 mövsümündə "Qarabağ"da oynayıb. Onun son klubu  Polşanın yüksək liqa təmsilçisi "Medz" olub.