çərşənbə axşamı, 29 aprel 2025

BİZİM FUTBOL

Aftandil Hacıyev: "Bu, tək Esyenlə aşan məsələ deyil"

12.02.2020 18:00 Oxundu 391


«Maykl Esyen kimi futbolçuların Azərbaycana gəlməsi yaxşı haldır».

Cempion.az xəbər verir ki, bu sözlər «Səbail»in baş məşqçisi Aftandil Hacıyevə məxsusdur.

Bayıl təmsilçisinin çalışdırıcısı «Lider»də yayımlanan «Arena» verlişinin qonağı olub və komandasının cari çıxışıyla bağlı sualları cavablandırıb.

Gənc mütəxəssis ötən mövsümün son bölümündə kollektivə qoşulan Maykl Esyenin vəziyyətindən danışıb. O bildirib ki, yalnız qanalı keçmiş ulduzun gəlişi ilə stadionları doldurmaq mümkün deyil:

«Bunun üçün Premyer Liqanın ümumi səviyyəsi qalxmalıdır. Klublar arasında rəqabət artmalıdır. Çoxlu işlər görülməlidir. Bilirəm ki, Esyenə görə «Səbail»in oyunlarını izləməyə gələnlər var. Bakıda fəaliyyət göstərən «Çelsi»nin fanklubunun üzvləri komandamızın həm ev, həm də səfər oyunlarında iştirak edir. Ancaq stadionların dolmasını təmin etmək üçün çox iş görülməlidir. Bu, tək Esyenlə aşan məsələ deyil».