çərşənbə axşamı, 29 aprel 2025

DÜNYA FUTBOLU

Messi İtaliya klubuna keçsə 300 min avro xərclənməlidir

12.02.2020 20:26 Oxundu 355


İtaliyanın "Tuttosport" nəşri ölkənin futbol klublarına "Barselona"nın futbolçusu Lionel Messini transfer etmək üçün tələb ediləcək məbləği açıqlayıb.

Cempion.az xəbər verir ki, bildilib ki, xərc məsələsi tamamilə argentinalı hücumçunun imic hüquqlarının qiymətindən asılıdır.

Qeyd olunub ki, Messi Kataloniya təmsilçisində vergiləri çıxmaq şərti ilə illik 35 milyon avro maaşı alır.  Hesab edilir ki, o, başqa kluba keçsə, bu, minimal maaş olacaq. Başqa kluba transfer olunsa, onun illik gəliri vergi ödənişləri nəzərə alınmaqla, təqribən 66 milyon avroya başa gələcək. Əgər "Yuventus" vergi payını azaltmağa çalışsa, maaş illik 51 milyon avro təşkil edəcək.

Beləliklə, 32 yaşlı oyunçunun keçidindən sonra xərclərin cəmi ildə 86 milyon 91 milyon avroya qədər ola bilər. Bu halda Messi ilə 4 illik müqavilə üçün İtaliya klublarına 350-365 milyon avro lazım olacaq.