çərşənbə axşamı, 29 aprel 2025

DİGƏR NÖVLƏR

Bakıda beynəlxalq konfrans işə başlayıb

12.02.2020 11:10 Oxundu 392


Bakı Konqres Mərkəzində "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" adlı beynəlxalq konfrans işə başlayıb.
Cempion.az xəbər verir ki, ardıcıl 4-cü il təşkil olunan tədbir "İdman və Şəhər" mövzusunda keçirilir. Konfrans Bakıda 5-ci dəfə keçiriləcək "Formula 1" üzrə Qran-priyə həsr olunub.

Mərasimdə gənclər və idman naziri Azad Rəhimov, "Formula 1" Şirkətlər Qrupunun Baş İcraçı Direktoru və sədri Çeyz Keri, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, AFFA-nın baş katibi və İcraçı vitse-prezidenti Elxan Məmmədov iştirak edir.