çərşənbə axşamı, 29 aprel 2025

DÜNYA FUTBOLU

Məşhur futbolçu yatıb qaldı

13.02.2020 10:35 Oxundu 333


“Barselona”nın futbolçusu Samuel Umtiti maraqlı hərəkəti ilə diqqət çəkib.

Cempion.az “AS” nəşrinə istinadən xəbər verir ki, Fransa millisinin üzvü evində polis axtarışı zamanı yatıb.

Sentyabrın 14-də evinin qarət edilməsi ilə bağlı polislər axtarış edərkən divanda uzanan müdafiəçi yuxuya gedib. Polislər işlərini bitirəndən sonra Umtitini oyatmadan evi tərk ediblər.
Qeyd edək ki, Samuel Umtitinin evi “Valensiya” ilə La Liqa oyununda qarət edilib.