çərşənbə axşamı, 29 aprel 2025

DÜNYA FUTBOLU

İngiltərədə oyunlar təxirə salındı

13.02.2020 12:25 Oxundu 420


İngiltərə Premyer Liqasının 26-cı turunda şənbə gününə nəzərdə tutulan oyunlar təxirə salına bilər.

Cempion.az  Britaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb həmin gün üçün hava şəraitinin əlverişli olmamasıdır. Ona görə də futbolçuların və azarkeşlərin təhkükəsizliyinin nəzərə alınması məqsədilə belə addımın atılması planlaşdırılır.

Təxirə salınması müzakirə edilən görüşlər "Sauthempton" - "Bernli" və "Norviç" - "Liverpul" matçlarıdır.

Bazar günü üçün hava praqnozu verilmədiyinə görə "Aston Villa" - "Tottenhem" və "Arsenal" - Nyukasl" oyunlarının baş tutub-tutmayacağı hələ məlum deyil.