13.02.2020 13:00
342

“Bavariya”nın yayda yollarını ayıracağı ilk futbolçu müəyyənləşib.
Cempion.az “Bild” nəşrinə istinadən xəbər verir ki, bu, Korentin Tolissodur. Baş məşqçi Hansi Flikin etimadını qazana bilməyən 25 yaşlı yarımmüdafiəçinin satılacaq oyunçular siyahısında birinci olduğu bildirilir.
Qeyd edək ki, “Bavariya” Tolissonu 2017-ci ilin yayında “Lion”dan transfer edib. Fransa millisinin üzvü bu mövsüm Bundesliqada 10 oyunda iştirak edib və 1 qol vurub.