çərşənbə axşamı, 29 aprel 2025

DÜNYA FUTBOLU

"Ayaks”dan Premyer Liqaya 45 milyonluq transfer

13.02.2020 14:34 Oxundu 373


“Ayaks” daha bir ulduz futbolçusu ilə vidalaşmağa hazırlaşır.

Cempion.az xəbər verir ki, Niderland nəhənginin 26 yaşlı yarımmüdafiəçisi Hakim Ziyex “Çelsi”yə transfer olunmaq üzrədi.

London təmsilçisi “Ayaks”ın ötən mövsüm Çempionlar Liqasının yarımfinala qədər irəliləməsində əsas pay sahiblərindən biri olan Ziyexi transfer etmək qərarına gəlib.

"The Telegraaf” qəzetinin iddiasına görə, sözügedən klublar artıq bu transferlə bağlı razılıq əldə ediblər. Razılığa əsasən, London klubu qarşı tərəfə 45 milyon avro təzminat ödəyəcək.

İddiaya görə, “Çelsi”nin baş məşqçisi Frank Lempard bu transferin qış transfer pəncərəsi dövründə həllini istəyirmiş. Lakin tərəflər razılığa gələ bilmədiyi üçün Ziyex “Ayaks”da qalıb. Mövsümün sonunda isə bu transfer üçün heç bir əngəl qalmayacaq.

Ziyex 2016-cı ilin yayında “Tvente”dən “Ayaks”a 11 milyon avroya transfer olunub. O, bu komandanın heyətində 159 oyuna çıxıb, 48 qola imza atıb, 82 məhsuldar ötürmə müəllifi olub.