çərşənbə, 30 aprel 2025

DÜNYA FUTBOLU

"Barselona"ya xəbər göndərdi

13.02.2020 17:33 Oxundu 384


İcarə əsasında “Bavariya”da çıxış edən Filipp Koutinyo “Barselona”ya qayıtmaq niyyətində deyil.

Cempion.az xəbər verir ki, “Barselona”da heyətə düşə bilmədiyi üçün “Bavriya”ya icarəyə verilən braziliyalı Münhen klubunda özünün rahat hiss edir.

Məlumata görə, Filipp “Barselona”ya Münhendə qalmaq istədiyi ilə bağlı xəbər göndərib. “Barsa” rəhbərliyi onu “Bavariya”ya satmağa etiraz etmir.

Amma “Bavariya”dan hələ ki, xəbər yoxdur. Koutinyonun transfer qiyməti olduqca yüksəkdir. Münhen nəhəngi bu məbləği ödəməkdə maralı deyil. Koutinyonun transfer qiyməti 130 milyon avrodur.