çərşənbə, 30 aprel 2025

BİZİM FUTBOL

"Qarabağ"dan getməsinin səbəbini açıqladı

13.02.2020 18:28 Oxundu 406


«Klub rəhbərliyi ilə aramızda heç bir problem olmayıb».

Cempion.az xəbər verir ki bu sözləri sportinfo.az-a açıqlamasında «Qarabağ»ın U-15 komandasının baş məşqçisi Araz Bağırov deyib.

Ağdam klubundan ayrılması haqda danışan gənc mütəxəssis bunları söyləyib:

«6 il idi ki, «Qarabağ»da işləyirdim. Ötən mövsüm komandanı çempion etdim. Bu il də birinci yerdə gedirdik. Buradan getməyimin konkret səbəblərini açıqlamaq istəmirəm. Onu deyə bilərəm ki, özüm də qalmaq istəmirdim, akademiyanın rəhbərliyimi də qalmağa israr etmədi. Yəni ki, bu, hər iki tərəfin istəyi ilə baş verdi. «Qarabağ»da çalışdığım müddətdə həmişə əlimdən gələni eləmişəm, ürəklə işləmişəm. Yaxınlarda U-15 yığmasının toplanışı olmalıdır, ora «Qarabağ»dan 6-7 futbolçu çağırılacaq. Adətən, «Qarabağ»ın digər yaş qruplarından millilərə 2-3 nəfər dəvət alır, bizdən isə altı-yeddi nəfər. Bu faktın özü mənim «Qarabağ»da necə işlədiyimi göstərir».