çərşənbə axşamı, 29 aprel 2025

GÜLƏŞ

Qadın güləşçilərmizin yarsı medalsız qaldı

13.02.2020 16:10 Oxundu 388

Romada davam edən güləş üzrə Avropa çempionatında Azərbaycanın ilk 4 qadın idmançısı mübarizəni dayandırıb.
Cempion.az xəbər verir ki, son olaraq 76 kq çəki dərəcəsində təsəlliverici görüşə çıxan Sabirə Əliyeva norveçli İzelin Maria Moen Solheymə məğlub olub - 4:6. Bununla da Əliyeva bürünc medal arzusunada çata bilməyib. 
Bu gün mübarizəyə Azərbaycanın son 4 qadın güləşçisi - Tatyana Varansova (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq) və Elis Manolova (65 kq) qüvvəsini mübarizəyə start verecək. 

Qeyd edək ki, daha öncə Azərbaycan yunan-Roma güləşçilərindən Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.