13.02.2020 16:21
375


Fransanın “PSJ” klubu Kilian Mbappeyə yeni müqavilə təklif edəcək.
Cempion.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paytaxt təmsilçisi fransalı hücumçunun "Real"a keçidinin qarşısına almaq məqsədi ilə futbolçuya ilinə 50 milyon avro qazana biləcəyi müqavilə təklif edəcək.
Qeyd edək ki, “PSJ”-nin ən azı DÇ-2022-yə qədər Mbappeni buraxmaq istəmədiyi bildirilib. Klub rəhbərliyi ümid edir ki, illik 50 milyon avro maaşla onu komandada saxlaya biləcək.