14.02.2020 15:20
366

"Tobol" heyətinə növbəti erməni futbolçu qatıb.
Cempion.az xəbər verir ki, Kostanay təmsilçisi yerli "Okjetpes"dən Armen Hovhannisyanı transfer edib. 26 yaşlı müdafiəçi ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.
Bu, Qriqori Babayanın baş məşqçi təyin olunmasından sonra "Tobol"un 3-cü erməni futbolçu transferidir. Premyer Liqa təmsilçisi Hovhannisyandan öncə Arman Oqanesyan və Petros Avetisyanın keçidini həll edib.
Azərbaycan millisinin qapıçısı Emil Balayev qış fasiləsində məhz Babayana görə "Tobol"dan ayrılıb.