14.02.2020 16:28
647

Nigar Arpadarai Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin (BŞH) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri vəzifəsindən istefa verəcək.
Cempion.az xəbər verir ki, o, Milli Məclisə deputat seçilməsi ilə əlaqədar postunu tərk edəcək.
Nigar Arpadarai Bakıda "Formula 1" üzrə ilk Qran-prinin keçirildiyi 2016-cı ildən BŞH-də Marketinq və kommunikasiya şöbəsinin rəhbəri kimi çalışır. O, 29 saylı Səbail seçki dairəsindən deputat seçilib.