çərşənbə, 30 aprel 2025

DİGƏR NÖVLƏR

Millimiz qrupda qaldı

14.02.2020 10:53 Oxundu 418

Kişilərdən ibarət Azərbaycan milli komandası Fransanın Lyeven şəhərində keçirilən Badminton üzrə Avropa çempionatında çıxışını başa vurub.
Cempion.az, xəbər verir ki, 5-ci qrupda mübarizə aparan yığmamız son turda Çexiya ilə qarşılaşıb. GörüşAzərbaycan millisinin 0:5 hesablı məğlubiyyəti ilə başa çatıb. 

Qeyd edək ki, komanda qrup mərhələsində İslandiyaya 2:3, Almaniyaya isə 0:5 hesabı ilə uduzub.