çərşənbə, 30 aprel 2025

DÜNYA FUTBOLU

16 yaşlı futbolçu Premyer Liqa klublarının hədəfindədir

14.02.2020 11:20 Oxundu 423


“Birmingem” klubunun futbolçusu Cuda Bellinqem Premyer Liqa klublarının hədəfindədir.
Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Mançester Yunayted” və “Çelsi”nin 16 yaşlı futbolçu ilə yaxından maraqlandığı bildirilir. "MY"-nin qış fasiləsində yarımmüdafiəçinin transferi üçün “Birmingem”ə 30 milyon funt-sterlinq təklif etsə də, klub rəsmiləri keçidin baş tutmasına razılıq verməyib. Premyer Liqa klubları Juda üçün 50 milyon funt-sterlinqlik təklif hazırlığındadırlar.

Qeyd edək ki, bu mövsüm Çempionşipdə 28 oyunda iştirak edən Bellinqem, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.