çərşənbə, 30 aprel 2025

DÜNYA FUTBOLU

Salah yanvar ayının ən yaxşısı seçildi

14.02.2020 11:18 Oxundu 427


İngiltərənin “Liverpul” klubunda yanvar ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Cempion.az xəbər verir ki, bu, mükafata “qırmızılar”ın hücumçusu Məhəmməd Salah laiq görülüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Misirli ulduz futbolçu yanvar ayında “Liverpul”un heyətində keçirdiyi 5 oyunda 3 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Salah bu mükafat uğrunda mübarizədə Cordan Henderson və Alisson Bekkeri qabaqlayıb. O, mövsümdə ikinci dəfə bu mükafata sahib çıxıb.

Qeyd edək ki, 27 yaşlı futbolçu avqust ayında da Mersisayd klubunun ən yaxşı futbolçusu seçilmişdi.