çərşənbə, 30 aprel 2025

GÜLƏŞ

Elçin Cəfərov: “Güləşçilərimizin çıxışından çox razıyam"

14.02.2020 12:24 Oxundu 558

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov Romada keçirilən Avropa çempionatı barəsində açıqlama verib.
Cempion.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Cəfərov, İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında iştirak edən yunan-Roma güləşi üzrə yığmanın çıxışını dəyərləndirib:
“Güləşçilərimizin çıxışından çox razıyam. Xüsusən də, gənc Sənan Süleymanovla tanınmış güləşçimiz Rafiq Hüseynovu qeyd etmək istərdim. Bütün idman ictimaiyyətinə belə diqqətə görə federasiyamız adından minnətdarlığımı bildirirəm. Ölkə prezidenti İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban Əliyevaya təbriklərinə görə təşəkkür edirəm. Bu, hamımızı çox sevindirdi. Hesab edirəm ki, bu, idmançılarımızın qələbəsinə verilən ən yüksək qiymətdir. Güləşçiləri qarşıladığınıza və verdiyiniz dəstəyə görə hamınıza federasiyamızın rəhbəri Namiq Əliyevin adından minnətdarlığımı bildirirəm.

Qeyd edək ki, bundan sonra yığmamızı iki lisenziya turniri gözləyir. Bu yarışlara hazırlığımızı davam etdirəcəyik. Təbii ki, medalsız qalan güləşçilər səhvlərindən nəticə çıxaracaqlar. Çalışacağıq ki, Tokio olimpiadasına nəzərdə tutulan lisenziyaları əldə edək”.
hesabında 2-ci yeri tutub.