14.02.2020 13:00
397


21 yaşadək futbolçulardan ibarət yığmamızın sabiq üzvü Taşkın İlter Türkiyədə klubunu dəyişib.
Cempion.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi 2-ci liqa təmsilçisi “Eyüpspor”a transfer olub. Klubun rəsmiləri futbolçu ilə 1.5 illik müqavilə imzalandığını açıqlayıb.Taşkın İlter bunadək 2-ci liqanın digər təmsilçisi “Sakaryaspor”da çıxış edirdi.
Qeyd edək ki, yarımmüdafiəçi 2013-2016-cı illərdə U-21 millimizdə oynayıb. O, əsas millimizdə də bir oyun keçirib.