çərşənbə, 30 aprel 2025

DÜNYA FUTBOLU

İtaliya VAR sistemi ilə bağlı dəyişikliyə hazırlaşır

14.02.2020 15:45 Oxundu 375


İtaliya Futbol Federasiyası videotəkrar (VAR) sistemi ilə bağlı dəyişikliyə hazırlaşır.
Cempion.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, federasiya çoxsaylı müraciətləri nəzərə alaraq, sistemin daha da yaxşılaşdırmasını istəyir.
Gələcəkdə A Seriyası təmsilçilərinə hər hansı mübahisəli epizod zamanı videotəkrarın yenidən araşdırılmasını tələb etmək icazəsi verilə bilər. Ancaq bu imkandan oyun ərzində yalnız bir dəfə yararlanmaq mümkün olacaq. Federasiya rəhbərliyi ümid edir ki, bu dəyişiklik meydandakı komandalar arasında hər hansı mübahisəli məqamla bağlı fikir ayrılıqlarını həll edə və çempionatın imicini yaxşılaşdıra bilər. 

Qeyd edək ki, qurumun artıq bu dəyişikliyi sınaqdan keçirmək üçün FİFA-dan qeyri-rəsmi icazə aldığı qeyd olunur.