çərşənbə, 30 aprel 2025

DÜNYA FUTBOLU

Poqbanın transfer qiyməti müəyyənləşib

14.02.2020 16:10 Oxundu 400

“Mançester Yunayted” klubu yarımmüdafiəçisi Pol Poqbanın transfer qiymətini müəyyənləşdirib.
Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, fransalı ulduz futbolçu mövsümün sonunda “qırmızı şeytanlar”dan ayrılmaq niyyətindədir. “Mançester Yunayted” futbolçunun qalmasında maraqlı olsa da, son zamanlar klub yarımmüdafiəçini xidmətindən yararlana bilməyən üçün futbolçunu satmaq qərarına gəlib. "MY" klubu 26 yaşlı futbolçunu yayda 100 milyon avro qarşılığında satmağı düşünür. Poqbanın adı “Yuventus” və “Real”la yanaşı çəkilir. Amma Turin klubunun yarımmüdafiəçi üçün bu məbləği ödəmək fikrində olmadığı bildirilir.

Qeyd edək ki, 2016-cı ildən “Mançester Yunayted”də çıxış edən futbolçunun klubla müqaviləsi 2021-ci ilin iyulunadək nəzərdə tutlub. O, cari mövsümdə cəmi 8 oyunda iştirak edib.