14.02.2020 16:45
386


I divizyonda 15-ci tura yekun vurulub
Cempion.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub. “Keşlə-2″ Gəncədə “Kəpəz”in qonağı olub. 6 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib.
“Turan Tovuz” isə səfərdə “Qaradağ Lökbatan”ı məğlub edib.
“Neftçi-2” bu turda “Sumqayıt-2″ə şans tanımıyıb.
Tura bu gün keçirilən oyunlarla yekun vurulub. “Sabah-2” səfərdə “Zirə”nin ikinci komandasını məğlub edib. “Qarabağ-2” isə Zaqatala səfərindən 1 xalla ayrılıb.
Birinci divizion, 15-ci tur
13 fevral
“Kəpəz”– “Keşlə”-2 3:3
Qol: Tural Qürbətov, 34; 68. Ümid Səmədov, 43 – Elmir Rəhimzadə, 11-pen; 90+5, Pərviz Azadov, 64.
Hakimlər: Vüqar Həsənli, Zöhrab Abbasov, Elman Kərimov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Gəncə şəhər stadionu
“Neftçi-2” – “Sumqayıt-2” 4:0
Qol: Vüsal Əsgərov, 25. İsmayıl Zülfüqarlı, 47. İlyas İlyasov, 66-avtoqol. Muxtar Əliyev, 68.
Qırmızı vərəqə: Eldost Qiyasbəyli, 78 (“Sumqayıt-2”)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Tural Qurbanov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“AZAL Arena”
"Qaradağ" Lökbatan – "Turan" Tovuz 1:2
Qol: Rüstəm Nuriyev, 55-avtoqol – Fərid Məmmədov, 14. Aqşin Muxtaroğlu, 27.
Qırmızı vərəqə: Əzəmət Ələkbərli 90+5 (“Turan Tovuz”).
Hakimlər: Namiq Bəkirov, Akif Əmirəli, Ruslan Quliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
14 fevral
"Zirə-2" – "Sabah-2" 1:2
Qol: Bəxtiyar Həsənalızadə, 87 – Zahid Mərdanov, 45+2-pen. Fərid Kərimzadə, 77.
Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Elmin Süleymanov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Seymur Səlimli
“AZAL Arena”, 14:00
''Zaqatala – Qarabağ-2" 1:1
Qol: Sərxan Abdullayev, 79 – Musa Qurbanlı, 12-pen.
Hakimlər: Rauf Cabarov, Taleh Məmmədov, Səbuhi Əmrahov, İslam Məmmədov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zaqatala şəhər stadionu, 14:00