
“Liverpul”un seneqallı hücumçusu Sadio Mane zədəsini sağaldıb.
Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Premyer Liqanın 24-cü turu çərçivəsində keçirilən “Vulverhempton”la qarşılaşmada (2:0) zədələnən futbolçu zədəsini sağaldıb və komandaya birgə məşqlərə başlayıb. Çempionatda “Vest Hem” və “Sauthempton”la oyunlarda Mane komandasına kömək edə bilməmişdir.
Bundan başqa, komandanın digər zədəli futbolçusu Ceyms Milner də məşqlərə başlayıb. “Qırmızılar”ın baş məşqçisi Yurgen Klopp hər iki futbolçunun zədə ilə bağlı heç bir problemlərnin qalmadığını və Premyer Liqanın 26-cı turu çərçivəsində keçiriləcək “Norviç”lə qarşılaşmada hər iki futbolçunun iştirak edə biləcəyini deyib. Digər zədəli futbolçu Xerdan Şakiri isə hələ komandaya qoşulmayıb.
Qeyd edək ki, “Norviç” – “Liverpul” oyunu sabah, saat 21:30-da start götürəcək.