15.02.2020 14:00
531


"Neftçi"nin hazırda istifadə etdiyi avtobusun ideal vəziyyətdə olmadığı üzə çıxıb.
Cempion.az-a daxil olan məlumata görə, avtobus kənardan təzə görünsə də, texniki problemləri var.
Hətta deyilənə görə, bir neçə dəfə ciddi təmirə də ehtiyacı olub. Rəhbərlik yeni avtobus almaq istəyir. Lakin hələlik bunun üçün vəsait ayırılması gündəmdə deyil. SOCAR onsuz da yetərincə vəsait ayırıb.
Qeyd edək ki, komandanın istifadə etdiyi avtobus hələ 2010-cu ildə Sadıq Sadıqovun dövründə alınıb
.