çərşənbə, 30 aprel 2025

DÜNYA FUTBOLU

Buffon: "Oğullarından forma aldım, indi nəvələrini gözləyirəm"

15.02.2020 15:00 Oxundu 445

“Yuventus”un qapıçısı Canluicci Buffon İtaliya kubokunun yarımfinalında “Milan”la oyundan sonra (1:1) maraqlı açıqlama verib.

Cempion.az xəbər verir ki, 42 yaşlı qolkiper "Milan"ın əfsanəvi futbolçusu Paulo Maldininin oğlu Daniel Maldini ilə forma dəyişdirməsi haqda deyib: “Kolleksiyamda Kyeza, Türam və Veanın həm özlərinin, həm də oğullarının formaları var idi. İndi isə Maldininin oğlundan forma aldım. Artıq onların nəvələrini gözləyirəm”.

Qeyd edək ki, 2001-ci ildən “Yuventus”da çıxış edən Buffon 2018-2019 mövsümündə PSJ-də oynayıb, ötən il isə yenidən Turin klubuna qayıdıb.