15.02.2020 16:00
425


Ölkə çempionatının birinci divizionunda oyunların nəticələrinin əvvəlcədən müəyyənləşdirilməsi (manipulyasiyası) səbəbindən 50-yə yaxın futbolçunun və futbol camiəsinin üzvünün bu idman növündəki fəaliyyətinə qadağa qoyulmasından xəbərdarsız.
Cempion.az xəbər verir ki bu məsələyə görə iki nəfər – veteran futbolçu Cəmşid Məhərrəmov və basketbol yığmamızın üzvü, 2017-ci ildə Bakıda keçirilən 4-cü İslam Oyunlarında qızıl medal qazanan komandanın kapitanı Amil Həmzəyev gözaltına alınıb.
Hər iki şəxsin şübhəli qismində Kürdəxanıdakı təcridxanada saxlanmasından da xəbəriniz var.
Etibarlı mənbədən "Futbol+" qəzetinə verilən məlumata görə, veteran futbolçu artıq azadlığa çıxıb. Redaksiyadan məlumatı dəqiqləşdirmək üçün Məhərrəmova zəng ediləsə də, onun telefonu sönülü olub.