15.02.2020 12:40
441

Azərbaycanlı futbolçular Azər Əliyev və Turqay Möhbalıyevin çıxış etdiyi “Ufa” klubu təlim-məşq toplanışının 3-cü mərhələsi üçün İspaniyaya yollanıb.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, “Ufa” klubu İspaniyadakı hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək. Premyer Liqa təmsilçisi fevralın 18-də İsveçrənin “Rappersvil”, 22-də Moskvanın ÇSKA və 23-də Çinin “Dalyan İfan” klubuyla qarşılaşacaq.
Qeyd edək ki, “Ufa”da forma geyinən azərbaycanlı futbolçu Azər Əliyev komanda ilə birgə İspaniyaya yollanıb. Ancaq digər azərbaycanlı oyunçu Turqay Möhbalıyev isə heyətdən kənarda qalıb.