çərşənbə, 30 aprel 2025

DİGƏR NÖVLƏR

 Fərid Mustafayev finalda

15.02.2020 12:55 Oxundu 398


Azərbaycan tamblinqçisi Fərid Mustafayev Bakıda start götürən Dünya Kubokunun finalına vəsiqə qazanıb.
Cempion.az xəbər verir ki, yarışa təsnifat mərhələsindən başlayan 18 yaşlı idmançı iki cəhdin nəticəsinə əsasən, hakimlərdən 60.900 xal alaraq 11-ci yeri tutsa da, adını həlledici mərhələyə yazdırıb.
Qaydalara əsasən, finala bir ölkənin maksimum 2 təmsilçisi yüksələ bilər. Mustafayevdən əvvəlki yerlərdə Rusiyanın 4, ABŞ-ın 3 təmsilçisi qərarlaşıb. Bu isə o deməkdir ki, Rusiyanın 2, ABŞ-ın 1 təmsilçisi mübarizəni dayandırmalı olub. Nəticədə Azərbaycan idmançısı ilk “səkkizliy”ə daxil olub.

Qeyd edək ki, Finalda Qazaxıstanın 2, Avstraliyanın isə 1 təmsilçisi də mübarizə aparacaq.