çərşənbə, 30 aprel 2025

DİGƏR NÖVLƏR

Ağırlıqqaldıranlar arasında Azərbaycan çempionatı başlayacaq

15.02.2020 13:20 Oxundu 366


Fevralın 21-də Bakının Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında kişi və qadın ağırlıqqaldıranlar arasında Azərbaycan çempionatı start götürəcək.
Cempion.az xəbər verir ki, üç gün davam edəcək yarış Gənclər və İdman Nazirliyi ilə birgə təşkil olunacaq. Çempionata ölkənin bütün bölgələrindən 100-dək atlet qatılacaq. 
Məqsəd idmançıların ustalıq səviyyələrinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirənlərin seçilməsi, kişi və qadınlardan ibarət millinin tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlıqdır.