15.02.2020 14:15
422

"Tottenhem"in furbolçusu Erik Dayer yayda komandanı tərk edə bilər.
Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı təcrübəli yarımmüdafiəçi klubla müqaviləsini uzatmaq fikrində deyil. İngiltərəli ulduz futbolçu Joze Mourinyonun ona əsas heyətdə yer verməyəcəyindən ehtiyatlanır. Belə olacağı halda klubun yayda onu satacağı bildirilir.
Qeyd edək ki, müqaviləsinin müddəti 2021-ci ildə başa çatacaq E.Dayer 2014-cü ildən "Tottenhem"də çıxış edir.