15.02.2020 14:48
486


2 illik transfer qadağasının götürülməsindən sonra Çelsi heyətini gücləndirməyə çalışır.
Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, yaz transfer dönemində London təmsilçisi "Dortmund"dan Ceydon Sanço və "Lyon"un hücumçusu Musa Dembeleni yenidən gündəminə alıb.
Xəbərdə bildirilir ki, klub rəsmiləri yaxın günlərdə hər iki futbolçuya təklif göndərəcək.
Qeyd edək ki, Çelsi klubu Ayaksdan Hakim Ziyexi heyətinə cəlb edib.