15.02.2020 23:19
629

Azərbaycan sərbəst güləşçisi Cəbrayıl Həsənov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Cempion.az xəbər verir ki, 79 kq çəki dərəcəsində yer alan 30 yaşlı pəhləvan 3-cü yer uğrunda görüşdə türkiyəli Batuhan Demircinə qalib gəlib - 5:4.
Qeyd edək ki, bu, Azərbaycanın sərbəst güləş növündə üçüncü medalı olub. Daha əvvəl Ağahüseyn Mustafayev (70 kq) gümüş, Əli Rəhimzadə (61 kq) bürünc medala yiyələnib.
Bu, Həsənovun son 3 ildə 3-cü bürünc medalı olub.