çərşənbə, 30 aprel 2025

GÜLƏŞ

Ağahüseyn Mustafayev final görüşünə çıxıb

15.02.2020 23:22 Oxundu 739


Azərbaycan sərbəst güləşçisi Ağahüseyn Mustafayev İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
Cempion.az xəbər verir ki, 70 kq çəki dərəcəsində rəqib Polşa təmsilçisi Məhəmmədmurad Hacıyev olub. İlk hissədə 0:1 hesabı ilə geri düşən Mustafayev fasilədən sonra da məğlubiyyətdən qurtula bilməyib. Nəticədə 31 yaşlı pəhləvan 0:2 hesabı ilə uduzaraq, ardıcıl ikinci il gümüş medalla kifayətlənib.