çərşənbə, 30 aprel 2025

DÜNYA FUTBOLU

"Fənərbaxça" növbəti məğlubiyyətini alıb

15.02.2020 23:26 Oxundu 400


Türkiyə Superliqasında 22-ci turun oyunları keçrilib.
Cempion.az xəbər verir ki, İstanbul təmsilçisi səfərdə "Ankaragücü" ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Ankaragücü" - "Fənərbaxça" - 2:1
Qollar
: Lobzanidze, 13 (1:0), Rodriqes, 75 (2:0), Aziz, 90+6 (2:1)

Qeyd edək ki, bu nəticədən sonra "Fənərbaxça" 38 xalla 6-cı pillədə qalıb, "Ankaragücü" isə 20 xalla 15-ci pilləyə yüksəlib. Turnir cədvəlinə 43 xalla "Başakşəhər" başçılıq edir. "Sivasspor" 42 xalla (21 oyun) 2-ci, "Trabzonspor" 41 xalla (20 oyun) 3-cüdür.