çərşənbə, 30 aprel 2025

DÜNYA FUTBOLU

"Liverpul"dan növbəti qələbə

15.02.2020 23:48 Oxundu 408


İngiltərə Premyer Liqasında 26-cı tura start verilib.
Cempion.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib. Turun açılış matçında “Everton” doğma meydanda “Kristal Pelas”ı qəbul edib. Dörd qolun qeydə alındığı bu qarşılaşmada qələbəni meydan sahibləri bayram ediblər. “Brayton” isə “Uotford”la qarşılaşmada heç-heçəyə razılaşıb.

“Mançester Siti” bu turda “Vest Hem”i sınağa çəkməli idi. Amma əlverişsiz hava şəraiti ilə əlaqədar bu oyun təxirə salınıb. “Şeffild Yunayted” isə “Bornmut”la ev oyunundan əzmkar qələbə ilə ayrılıb.

Liderlər qrupunda qərarlaşan “Lester” səfərdə “Vulverhempton”la üz-üzə gəlib. Bu oyunda qapılara qol vurulmayıb.

Lider “Liverpul” 26-cı tur çərçivəsində “Norviç” səfərinə yollanıb və minimal hesabla qalib gəlib.

Turun mərkəzi görüşü Londonda keçiriləcək. Frenk Lempardın rəhbərlik etdiyi “Çelsi” doğma azarkeşləri qarşısında “Mançester Yunayted”in müqavimətini qırmağa çalışacaq. “Arsenal” isə “Nyukasl”la üz-üzə gələcək.

İngiltərə Premyer Liqası, 26-cı tur

8 fevral

Everton – Kristal Pelas 3:1
Qol
: Bernard, 18. Riçarlison, 58. Levin, 88 – Benteke, 51.

Brayton – Uotford 1:1
Qol
: Mariappa, 78-öz qapısına – Dukure, 19.

9 fevral

Şeffild Yunayted – Bornmut 2:1
Qol
: Şarp, 45+2. Lundstram, 84 – Uilson, 13.

Mançester Siti – Vest Hem matçı təxirə salınıb

14 fevral

Vulverhempton – Lester 0:0

15 fevral

Sauthempton – Bernli 1:2
Qol
: İnqs, 18 – Vestvud, 2. Vidra, 60.

Norviç – Liverpul 0:1
Qol
: Mane, 78.

16 fevral

18:00 Aston Villa – Tottenhem
20:30 Arsenal – Nyukasl

17 fevral

00:00 Çelsi – Mançester Yunayted