16.02.2020 18:05
346

İtaliya Futbol Federasiyası videotəkrar sisteminə (VAR) yenilik gətirmək niyyətindədir.
Cempion.az xəbər verir ki, federasiya VAR sistemində tərəflərə etiraz haqqının verilməsi üçün FİFA-ya müraciət edib.
Belə ki, komandalar hakimin VAR-a müraciət etmədiyi epizodlarda etiraz edərək, həmin epizoda baxılmasını tələb edə biləcək. Federasiya bu yenilik sayəsində etirazların və mübahisələrin azalacağını düşünür.
A Seriyası komandalarının bu yeniliyi dəstəklədiyi və federasiyanın sınaqların çempionatda həyata keçirilməsi üçün hazır olduğu bildirilir.
Amerika basketbol liqasında bu mövsümdən etibarən hər məşqçiyə bir dəfə etiraz etmək haqqı verilib.