16.02.2020 17:20
419

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo bu gün “Breşiya”ya qarşı oyunda iştirak etməyəcək.
Cempion.az xəbər verir ki, klubun rəsmi Tvitter səhifəsində A seriyasının 24-cü turunun matçına sifariş olunan 20 oyunçunun adı açıqlanıb.
Onların arasında portuqaliyalı hücumçu yoxdur. Bunun səbəbləri barədə məlumat verilməyib.
Qeyd edək ki, “Yuventus” – “Breşiya” görüşü bu gün Bakı vaxtı ilə saat 18.00-da başlanacaq.
Əlavə edək ki, daha öncə "Yuventus"un baş məşqçisi Mauritsio Sarri bu oyunda Ronaldoya istirahət verə biləcəyini demişdi.