çərşənbə, 30 aprel 2025

BİZİM FUTBOL

Nazarov Almaniyada növbəti qolunu vurdu

17.02.2020 16:43 Oxundu 388


Almaniya 2-ci Bundesliqasında 22-ci turun oyunları keçirilir.


Cempion.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” doğma meydanda "Holsteyn Kil"lə qarşılaşıb və 1:2 hesabı uduzub.

64-cü dəqiqədə meydana çıxan Nazarov 6 dəqiqə sonra komandasının təsəlli qolunu vurub.
 
Qeyd edək ki, 30 xalı olan Aue təmsilçisi 18 komanda arasında hazırda 8-cı pillədə qərarlaşıb.