17.02.2020 12:40
547


''Özümü tam olaraq vladiqafqazlı kimi hiss edirəm”.
Cempion.az xəbər verir ki, bunu 18 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının sabiq üzvü David Qarayev deyib.
"Kamaz” komandasının şərəfini qoruyan və Moskva ''MOİK''-ində baxışda olan 25 yaşlı hücumçu Rusiya mətbuatına müsahibəsində Azərbaycan millisinə dəvət aldığı dönəmi xatırlayıb. O, eyni zamanda artıq vətəndaşlığını dəyişdiyini və hazırda Rusiyada legioner sayılmadığını vurğulayıb: "AFFA prezidenti mənə zəng vuraraq demişdi ki, 1995-ci il təvəllüdlü futbolçulardan yeni komanda qururlar. Həmin vaxt bir çox əcnəbini, məsələn, ukraynalıları milliləşdirdilər. Avropa çempionatına qatıldıq və Rusiya Futbol İttifaqı üçün yəqin ki, səhvən legioner sayıldım. Yalnız Rusiya vətəndaşlığını istəyirəm. Belədə mənə daha asan olur. Belə vəziyyətdə vətəndaşlığı geri qaytarmaq çətindir. Ancaq Azərbaycan tərəfi buna razılıq verdi”.
Qeyd edək ki, David Qarayev 2013-cü ildə U-18 yığmamızın heyətində yoxlama görüşündə iştirak edib.