17.02.2020 12:30
423


İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə Avropa çempionatına yekun vurulub.
Cempion.az xəbər verir ki, yarışın sonuncu günlərində sərbəst güləşçilər mübarizə aparıblar.
Yığmamız qitə birinciliyində ümumilikdə beş medal (1 gümüş, 4 bürünc) qazanıb. Belə ki, idmançılarımızdan Ağahüseyn Mustafayev (70 kq) gümüş, Əli Rəhimzadə (65 kq), Cəbrayıl Həsənov (79 kq), Aslanbek Alborov (92 kq) və Camaləddin Məhəmmədov (125 kq) bürünc medal əldə edib.
Qeyd edək ki, bu nəticə ilə sərbəst güləş üzrə Azərbaycan millisi 116 xal toplayıb və komanda hesabında Avropa ikincisi olub. Rusiya 186 xalla çempionluğu təmin edib. İlk üçlüyü 95 xal yığan Gürcüstan yığması tamamlayıb.