çərşənbə, 30 aprel 2025

DÜNYA FUTBOLU

Edi Uord: “Sterlinqin ayrılıq haqda bir fikiri yoxdur''

17.02.2020 13:20 Oxundu 429


İki mövsümlük avrokuboklardan kənarlaşdırılan “Mançester Siti”nin futbolçusu Rahim Sterlinq gələcəyiylə bağlı qərarını verib.
Cempion.az xəbər verir ki, bu barədə ingilis hücumçunun meneceri Edi Uord “The Mirror” nəşrinə açıqlamasında deyib. O, Sterlinqin ayrılıq haqda düşünmədiyini bildirib:
“Sterlinqin ayrılıq haqda bir fikiri yoxdur. Hazırda bütün diqqətini “Mançester Siti”nin uğurlarına yönəldib. Başqa kluba transferi haqda çıxan məlumatlara diqqət yetirmək niyyətində deyilik”.

Qeyd edək ki, İngiltərə mətbuatı maliyyə qaydalarını pozduğu üçün avrokuboklardan uzaqlaşdırılan "MS"-də bir çox futbolçunun ayrılacağını iddia edir. “Şəhərlilər” UEFA-nın verdiyi cəzanın aradan qaldırılması üçün Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (BİAM) müraciət edib.