17.02.2020 15:10
396


“İkimiz də çox mübarizə apardıq. Qalib gələ bilmədik, amma hələ də mübarizə aparmağa davam edirik. Simeone ilə oxşar bir hekayəmiz var".
Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu sözləri “Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/8 finalının “Atletiko” ilə səfər oyunu öncəsi deyib. Almaniyalı mütəxəssis rəqibin çalışdırıcısı ilə yaxşı münasibətdə olduğunu bildirib:
“Simeone rəqabət aparmağı sevən biridir. Əslində, aramızda yaxşı münasibət var. Lakin əminəm ki, o, oyun vaxtı bunu unudacaq. Çünki meydanda olduqca hərəkətlidir”.
Qeyd edək ki, "Atletiko" - "Liverpul" matçı fevralın 18-dən 19-na keçən gecə saat 00:00-da start götürəcək.