17.02.2020 15:25
405

Azərbaycan karateçisi İrina Zaretska Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Cempion.az xəbər verir ki, 68 kq çəki dərəcəsində mübarizə aparan qadın idmançımız buna Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Karate1 Premyer Liqa turnirində bürünc medal qazanmaqla nail olub. O, olimpiadada 61 kq çəki dərəcəsində mübarizə aparacaq.
Zaretska Ümumdünya Karate Federasiyasının (ÜKF) reytinq cədvəlinin və olimpiya reytinq cədvəlinin lideridir. Bu nəticəyə baxmayaraq idmançı hər iki reytinq cədvəlində mövqeyini qorumaq üçün qarşıdakı yarışlara da qatılacaq.
Qeyd edək ki, olimpiada 24 iyul - 9 avqustda baş tutacaq.