
Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində fevralın 19-da keçiriləcək “Atalanta” – “Valensiya” və “Tottenhem” – “Leyptsiq” oyununun hakim təyinatlar məlum olub.
Cempion.az UEFA-nın rəsmi sayıtına istinadən xəbər verir ki, İtaliyada keçiriləcək “Atalanta” – “Valensiya” qarşılaşmasını İngiltərədən olan referlər briqadası idarə edəcək. Görüşün baş hakimi Maykl Oliver olacaq. Ona Suart Brut və Simon Bennett kömək edəcək. Dördüncü hakim funksiyasını Martin Atkinson yerinə yetirəcək. VAR-da isə Kris Kavanaq və Kreyq Pouson olacaq.
İngiltərədə keçiriləcək “Tottenhem” – “Leyptsiq” qarşılaşmasını isə Türkiyədən olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Cüneyt Çakır olacaq. Ona Bahattin Duran və Tarik Ongün kömək edəcək. Dördüncü hakim funksiyasını Halil Umut Meler yerinə yetirəcək. Var hakimləri isə Mete Kalkavan və Abdulkadir Bitigen olacaq.
Qeyd edək ki, hər iki görüş fevralın 19-da, saat 00:00-da start götürəcək.